Almaniya Prezidenti Frank-Valter Ştaynamyer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüş Almaniya Prezidentinin Ankaraya səfəri çərçivəsində baş tutub.
Bu, Ştaynmayerin Almaniya prezidenti kimi Türkiyəyə ilk səfəridir. Prezidentlər sonuncu dəfə 2023-cü ilin noyabrında Berlində görüşüb.
Qeyd edək ki, Almaniya dövlət başçısı Ankaradan əvvəl İstanbulda olub, orada görüşlər keçirib.