Türkiyə və Ermənistan nümayəndələrinin növbəti görüşü keçiriləcək

Türkiyə və Ermənistan nümayəndələri arasında növbəti görüş iyulun 2-də keçiriləcək.

Bu barədə məlumatı “Novosti Armeni” yayıb.

Bildirilib ki, görüşün Türkiyə-Ermənistan sərhədində “Marqara” Nəzarət Buraxılış Məntəqəsində keçirilməsi gözlənilir.

Qeyd edək ki, iyunun 11-də Türkiyə-Ermənistan normallaşma prosesi üzrə danışıqlar aparan nümayəndə heyətinə Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc, Ermənistan təmsilçilərinə isə ölkə parlamenti sədrinin müavini Ruben Rubinyan başçılıq edir.

Görüşün təşkili ilə bağlı rəsmi məlumat yayılmayıb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər