10 C
Baku
Friday, December 13, 2024

Türkiyə və Ermənistan XİN rəhbərləri görüşə bilər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısının yekunlarına dair mətbuat konfransında çıxış edərək Cənubi Qafqazdakı vəziyyəti və Ermənistanla münasibətlərin normallaşması prosesini şərh edib.

XİN rəhbəri İrəvanı təxribatlardan çəkinməyə və öhdəliklərini yerinə yetirməyə çağırıb.

“Bu, ilk növbədə, İrəvanın özünün maraqlarından irəli gəlir. Bu, bütün ölkələr üçün vacibdir”, – Çavuşoğlu bildirib.

Çavuşoğlu həmçinin bildirib ki, o, erməni həmkarı Ararat Mirzoyanla görüşməyə hazırdır, lakin hələlik konkret tarix yoxdur.

O, Ankaranın İrəvanla dialoqla bağlı mövqeyinin son dərəcə aydın olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər