Türkiyə və Türkmənistanın mərkəzi bankları anlaşma memorandumu imzalayıb.
Banker.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının açıqlamasında deyilir.
İki ölkənin mərkəzi bankları 27 noyabr 2021-ci il tarixində mərkəzi bankçılıqla bağlı mövzuda iş birliklərinin inkişafı üçün şərait yaratmağa imkan verəcək.
Qeyd edək ki, TCMB bundan öncə, 24 noyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Mərkəzi Bankı ilə eyni mövzuda anlaşma memorandumu imzalamışdı.