Hacıqabul Sənaye Məhəlləsində Türkiyə təsisçiliyi ilə iki şirkət fəaliyyət göstərəcək.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, bu şirkətlər Azərbaycan şirkətləri hesab olunsa da, təsisçiləri Türkiyə vətəndaşlarıdır: “Ümumiyyətlə, sənaye parklarında fəaliyyət göstərən rezidentlər sırasında Türkiyə şirkətləri yoxdur. Lakin sənaye məhəllələrində, xüsusilə də Hacıqabulda türk iş adamları çalışır”.
Nazir müavini əlavə edib ki, Hacıqabul Sənaye Məhəlləsində fəaliyyətə başlayacaq şirkətlərdən biri qablaşdırma istehsal edən müəssisə, digəri isə bioloji gübrələrin istehsalı ilə məşğul olacaq: “Artıq müəssisələrin qurulması istiqamətində işlər yekunlaşmaq üzrədir. Onlar test rejimində fəaliyyət göstərir”.
©APA-Economics