9 C
Baku
Thursday, December 12, 2024

Türkiyə XİN Buça qətliamı ilə bağlı bəyanat yayıb

Banker.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Ukraynadakı qətliamla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Kiyev yaxınlığındakı Buça və İrpin daxil olmaqla müxtəlif bölgələrdən mediaya yansıyan qətliam görüntüləri dəhşətli və insanlıq adına məyusedicidir. Ukrayna xalqının ağrısını paylaşırıq.

Günahsız mülki əhalinin hədəfə alınması əsla qəbul edilə bilməz. Məsələnin müstəqil araşdırmaya cəlb edilərək bundan məsul şəxslərin müəyyənləşdirilməsi və onların cavab vermələrinin təmin edilməsi əsas gözləntimizdir.

Türkiyə insanlıq adına utancverici bu cür səhnələrin sonlanması və mümkün qədər tez sülhün əldə edilməsi üçün səy göstərməyə davam edəcək”.

Son xəbərlər
Digər xəbərlər