Türkiyədə əhali arasında yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya dekabrın 11-dən etibarən başlayacaq.
Banker.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.
Onun sözlərinə görə, ilk növbədə səhiyyə işçiləri, eləcədə 65 yaşdan yuxarı olan vətəndaşlar vaksinasiya ediləcək.
Koronavirusa qarşı Çin istehsalı olan vaksinlərin ilk partiyasının 11 dekabr tarixinə qədər Türkiyəyə gətirilməsi gözlənilir.