2 C
Baku
Saturday, December 14, 2024

Türkiyədə ABŞ dolları yeni rekord qırır- 8.30 dollar/lirə

Türkiyənin Mərkəzi Bankı lirənin (TRY) möhkəmlənməsi üçün faiz qərarlarının nəticəsiz qaldığından cari ilin sonuna inflyasiya proqnozunu 3 faiz bəndindən çox artırıb.

İstehlak qiymətləri cari ilin sonuna 12.1% olacağı proqnoz edilir. Halbuki, öncəki proqnozda 8.9% inflyasiya ilin bitəcəyi proqnoz edilirdi.

Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Murat Uysal həftənin çərşənbə günü bildirib ki, requlyator inflyasiya proqnozlarını yaxşılaşdırana qədər dar maliyyə siyasətini qoruyub saxlayacaq. O xəbərdarlıq edir ki, zəif lirə qiymət sabitliyinə riskdir. Bloomberg deyir ki, TCMB-nin sədri danışarkən qeyd edib ki, ölkənin milli valyutası bir qədər də dəyər itirib.

“Qarşıdakı müddətdə, qiymət artımlarını monitorinq etməklə inflyasiyaya nəzarət etməklə faiz dəhlizində bütün lazımı addımları ata bilərik” deyə, Uyusal deyir.

1x 1

O lirənin “ifrat dəyərsizləşməyi” dilə gətirib.

Bu arada qardaşı dövlətin milli valutası İstanbul birjalarında sessiya ərzində qiyməti (Bakı vaxtı ilə 14:30 radələrində) 1.41% bahalaşmaqla 8.2999 USD/TRY olub. Hətta bəzi saatlarda 8.30 USD/TRY səviyyəsini də ötüb. Bu isə tarixi anti-rekordur.

Mərkəzi Bankın sorğuıarı:

Gözlənti Ehtimal Proqnoz Hədəf
2020-nin sonu 11.8% 10.5% 12.1% 5%
2021-in sonu 8%             9.4% 5%

 

Göründüyü kimi üzümüzə gələn 2021-ci il üzrə Türkiyədə inflyasiya proqnozunun hədəfdən yuxarı qaldığı nəzərə çarpır.

Son xəbərlər
Digər xəbərlər