Türkiyə Statistika İdarəsi aprel ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.
Türkiyə mətbuatına istinadən, ötən ay qonşu ölkədə qiymətlər aylıq müqayisədə, təxminən, 1,9%, illik müqayisədə isə, təqribən, 11% artıb.
Xatırladaq ki, analitiklər aylıq inflyasiyanın, təxminən, 1,5% olacağını proqnozlaşdırırdı. Qiymət artımının gözləntiləri üstələməsindən sonra Türkiyədə ABŞ dollarına tələbat artıb və onun məzənnəsi 4,2 lirəni keçib.
Apreldə qonşu ölkədə ən çox ayaqqabı və geyimlər bahalaşıb – 10,4%. Ən az bahalaşan isə spirtsiz içkilər olub – 0,2%.