18 C
Baku
Wednesday, April 24, 2024

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artıb

Keçən il Türkiyədə Azərbaycan kapitalı ilə 350 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 113 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.

“2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 164.6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 63.2 milyon lirə təşkil edib”- deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (291) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 131.3 milyon lirə təşkil edib” – deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 28 ixracat, 180 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər