Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, noyabrın 16-da nağd valyuta bazarında 3,30 lirə səviyyəsini ötüb. Hazırda məzənnə 3,3120 TRY/USD-yə bərabərdir. Buna səbəb kimi, dolların qlobal valyuta bazarında güclənməsi fonunda Çin yuanı da daxil olmaqla inkişaf etməkdə olan bütün dünya valyutalarının ucuzlaşması amili göstərilir.
Dünən, noyabrın 15-də Boston Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Erik Rosengren uçot dərəcəsinin artırılmasının qarşısını ancaq çox önəmli mənfi xəbərin ala biləcəyini bildirib. Nəticədə, dolların möhkəmlənməsi davam edib.
Buna da bax: Azərbaycanda Excel çempionatı keçiriləcək
“Report”un analitik qrupu dolların məzənnəsinin Türkiyədə ilin sonuna qədər 3,40-3,45 TRY/USD-yə qədər arta biləcəyini proqnozlaşdırır: “2017-ci ilin mart ayına qədər isə məzənnə 3,80 TRY/USD-yə çata bilər. Buna səbəb ABŞ-da uçot dərəcəsinin artması fonunda bütün dünyada sərbəst kapitalın dollar istiqrazlarına yönəldilməsi amili olacaq”.