5 C
Baku
Saturday, December 14, 2024

Türkiyədə ictimai nəqliyyatda ayaq üstə getmək qadağan edildi

Türkiyədə koronavirus xəstəliyinin artması səbəbəbindən ictimai nəqliyyatda ayaq üstə getmək qadağan edilib.

Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında bildirib. O, həmçinin kafe və restoranlara daha ciddi nəzarət ediləcəyi, maska taxmayan və sosial məsafəni qorumayan vətəndaşların cərimə olunacağını vurğulayıb.

Bundan əvvəl isə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölkənin koronavirus pandemiyasının birinci dalğasının ikinci pik həddini yaşadığını bildirmişdi. Vəziyyətin bu həddə çatmasında o, toy mərasimlərini və vətəndaşların bayramlarda diqqətsizliyə yol verməsini səbəb göstərmişdi. Nazir, eyni zamanada ölkədə ümumi vəziyyətin nəzarətdə saxlandığını qeyd etmişdi.

Bu vaxta qədər Türkiyədə 281 min nəfər COVİD-19 xəstəliyinə tutulub, onlardan 252 min nəfəri sağalıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər