1 C
Baku
Saturday, December 14, 2024

Türkiyədə “Instagram”ın bərpa olunması ilə bağlı şərt açıqlanıb

Türkiyədə “Instagram” sosial şəbəkə platformasının bərpa olunması ilə bağlı şərt açıqlanıb.

Bu bərədə müvafiq mənbələr bildirib.

Qeyd olunub ki, bunun üçün əsas şərt “Instagram”ın Türkiyə hökumətinin tələblərini yerinə yetirməsidir: “Əgər “Instagram” paylaşımlara məhdudiyyət qoymasa, bu sosial şəbəkənin ölkə daxilində fəaliyyəti bərpa olunacaq. Əks halda, məhdudiyyət davam edəcək”.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.

Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara “Instaqram”ın qadağa qoyması göstərilir.

Son xəbərlər
Digər xəbərlər