Türkiyənin “Тurkish Airlines” Hava Yolları aviaşirkəti İran və İraqa uçuşları cümə axşamı saat 21:00-dək dayandırıb.
Bu barədə RİA Novosti-yə aviaşirkətin nümayəndəsi məlumat verib.
“Aviaşirkətimiz İran və İraq hava limanlarına edilən bütün uçuşları yanvarın 9-u saat 21:00-a qədər təxirə salmağı qərara alıb”, – mənbə bildirib.
Qeyd edilib ki, sözügedən ölkələrə uçuşların dayandırılması vəziyyətdən asılı olaraq uzadıla bilər.
©APA