10 C
Baku
Thursday, December 12, 2024

Türkiyədə karantin müddəti yeddi günə endirildi

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yazılı açıqlama yayıb.

Bu gün toplanan Koronavirus Elmi Şurasının iclasından sonra yayılan bəyanatda ölkə üzrə karantin müddətinin 7 günə endirildiyi bildirilib.

Həmçinin qeyd olunub ki, müvafiq qayda 7-ci gündən sonra yüngül və ya heç bir simptom müşahidə olunmayan şəxslərə şamil olunub.

Qeyd edilib ki, əgər xəstə artıq 5-ci günündə mənfi test verərsə, karantin müddəti başa çatmış hesab olunur.

Yeni qaydalara əsasən, əgər xəstə üçüncü doza ilə peyvənd olunubsa və ya son 3 ayda təkrar yoluxubsa onunla təmasda olan şəxslər karantinə alınmır. Əks təqdirdə təmasda olan şəxslərə də 7 günlük karantin müddəti tətbiq edilir. Təmasda olanlar karantinin 5-ci günündə mənfi test verdikdə onlar üçün karantin müddəti erkən başa çatmış hesab olunur.

 

 

Son xəbərlər
Digər xəbərlər