7 C
Baku
Sunday, December 15, 2024

Türkiyədə təmassız ödənişlər limiti artırıldı

Banklararası Kart Mərkəzinin (BKM) baş meneceri Soner Canko, yüksək tələbat səbəbindən sabahdan etibarən təmassız ödənişlər limiti 250 lirəyə qaldırıldığını açıqladı.

Banker.az xəbər verir ki, fevral ayında debet kartları və kredit kartları ilə cəmi 84,9 milyard lirənin ödənildiyini bildirən Canko, bu məbləğin 72 milyard lirəsinin kredit kartları ilə ödənildiyini və 12,9 milyard lirənin debet kartlarından istifadə edildiyini söylədi.

Canko, debitor kartları ilə edilən ödənişlərdə artım tempinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52% olduğunu, kredit kartları ilə edilən ödənişlərdə bu nisbətin yüzdə 25 olduğunu vurğuladı.

O, həmçinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi kart ödənişlərində 29% artım olduğunu bildirdi.

Son xəbərlər
Digər xəbərlər