6 C
Baku
Sunday, December 15, 2024

Türkiyədə varlılardan əlavə vergi tutulması payıza qaldı

Xəzinə və Maliyyə Nazirliyinin mövcud qanunvericiliklə bağlı təklif etdiyi təkmilləşdirmələr sırasında ultra lüks əmlak satışına və yüksək gəliri olanlara aid yeni vergi tənzimləməsi də var. Lakin bu təklifə baxılmasının sentyabr ayına qədər təxirə salınması qərara alınıb. 

“Reuters” agentliyinin məlumatına əsasən, Türkiyədə büdcə kəsirinin ilin ilk beş ayında 225 faiz artmasından sonra iqtisadiyyatda daha böyük pozulmaların qarşısını almaq məqsədilə Xəzinə və Maliyyə Nazirliyi gəlir vergisi başda olmaqla, bəzi vergiləri artırmağa hazırlaşır. Təkliflər paketinə illik gəlirləri 1 milyon lirədən artıq olanların ödəyəcəyi verginin 50 faizə yaxın səviyyəyə çatdırılması və ultra lüks əmlaka yüksək vergi qoyulması ilə bağlı bəndlər ictimaiyyət tərəfindən də maraqla qarşılanıb.

©Vergilər.az

Son xəbərlər
Digər xəbərlər