Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, koronavirus pandemiyası ilə əlaqədar mayın 23-dən 26-dək yenidən kommendant saatı tətbiq edilməsini açıqlayıb.
Banker.az bu barədə “Forbes.kz”ya istinbadən xəbər verir.
Daha əvvəl Türkiyənin 31 vilayətində, o cümlədən Ankara, İstanbul və Antaliyada 11-12, 18-19, 23-26 aprel və 1-3, 9-10 və 16-19 may tarixlərində kommendant saatı tətbiq edilmişdir.
“Mayın 23-dən 26-dək 81 əyalətdə komendant saatları elan ediləcəkdir. Mayın 29-dan etibarən sanitariya qaydalarına riayət etmək şərti ilə məscidlərin bir qismini açacağıq”, – deyə Ərdoğan millət vəkili ilə görüşündə söyləyib.