15 C
Baku
Saturday, April 20, 2024

Türkiyədə zəlzələ qurbanlarına sığorta ödənişləri təxminən 1 milyard dollar təşkil edib

Türkiyədə fevral ayında baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarına sığorta ödənişləri təxminən 1 milyard ABŞ dolları (19 milyard türk lirəsindən çox) təşkil edib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Aprelin 17-nə olan vəziyyətə görə, yerli vətəndaşlardan dəymiş ziyanla bağlı 469 min müraciət daxil olub, 54,6 min şikayətə isə hələ baxılmayıb.

Türkiyə rəsmiləri daha əvvəl təbii fəlakət nəticəsində dəymiş ümumi ziyanın 100 milyard ABŞ dollarını keçdiyini bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər