10 C
Baku
Thursday, December 12, 2024

Türkiyədə zəlzələdə dağılan binalara görə 1 364 şübhəli barəsində əməliyyat başlanılıb

Türkiyədə zəlzələ zamanı dağılan binalara görə məsuliyyət daşıyan 1 364 şübhəli barəsində əməliyyat başlanılıb, 302 nəfər həbs edilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayımındakı müsahibəsində bildirib.

Onun sözlərinə görə, sübhəli şəxslərdən 64-nün öldüyü müəyyən edilib:

“Şübhəlilərdən 4-nün xaricdə olduğu, 64-nün isə dünyasını dəyişdiyi müəyyən edilib. Məhkəmə nəzarəti altında olan 466 şübhəlidən 85-i podratçı, 56-sı bina sahibi, 34-ü isə binada dəyişiklik edən şəxslərdir. Hüquqi proseslər davam edir. İttiham aktları da məhkəmələrə göndəriləcək. Millətimə bu ağrıları yaşadanlar, üzərinə düşən vəzifəni yerinə yetirməyənlər isə ədalət qarşısında cavab verəcəklər”.

Ərdoğan qeyd edib ki, artıq yaş torpaqlarda deyil, sərt torpaqlarda daimi yaşayış yerləri tikiləcək:

“Təbii fəlakət zonalarında ümumilikdə 46 327 evin tikintisinə başlanılıb. Bir il ərzində 11 əyalətdə cəmi 650 min ev tikib faydalananlara təhvil verəcəyik”.

Son xəbərlər
Digər xəbərlər