16 C
Baku
Thursday, April 25, 2024

Türkiyədə zəlzələdə dağılan evlərə görə həbs olunanların sayı açıqlanıb

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində dağılan yaşayış evlərinə görə 325 nəfər həbs olunub.

Bu barədə ölkənin ədliyyə naziri Bekir Bozdağ bildirib.

Nazir, həmçinin qeyd edib ki, 1552 nəfər barəsində istintaq hərəkətlərinə başlanılıb.

Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərində yerləşən 7.7 və 7.6 bal gücündə iki zəlzələ olub. Nəticədə Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraşda dağıntılar qeydə alınıb, 50 mindən çox insan həyatını itirib.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər