Türkiyədə zəlzələ nəticəsində evləri dağılan ev sahiblərinə dövlət 5 min Türk lirəsi (450 Azərbaycan manatı) kirayə yardımı verəcək.
Bu barədə ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum “Anadolu” agentliyinə açıqlamasında bildirib.
Bundan əlavə, 3 min Türk lirəsi (270 Azərbaycan manatı) isə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən ayrılacaq.
Nazir, həmçinin, əlavə edib ki, yeni evlərin inşası nəzərdə tutulan 1 ildən az müddətə başa çataraq, 6 aydan sonra mərhələli şəkildə sahiblərinə təqdim edilə bilər.