“Aprelin 22-də zəlzələdən zərərçəkən vətəndaşlarımız üçün inşa olunan ilk evləri təhvil verəcəyik”.
Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Memar Sinan məscidində qılınan bayram namazından sonra bildirib.
O xatırladıb ki, bu il Ramazan bayramı 11 əyalətdə baş verən təbii fəlakətə görə şadyanalıqla keçirilmir: “Çünki bayramı öz evində keçirə bilməyən, bayram edə bilməyən qardaşlarımız var. Zəlzələdən sağ çıxan ailələrimizin, ana və atalarımızın əllərindən öpürəm. Bütün Türkiyənin bayramını təbrik edirəm”.