12 C
Baku
Wednesday, December 11, 2024

Türkiyədən gətirilən “Kaanlar” pendirində bakteriya aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən “Z.N.Y” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, müayinələr nəticəsində  məhsul partiyasında “E.coli” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

Son xəbərlər
Digər xəbərlər