10 C
Baku
Wednesday, December 11, 2024

Türkiyənin ən məşhur iş adamlarından biri – Ahmet Nazif Zorlu

Təvəllüd: 1945

Vətəndaşlıq: Türkiyə

Ahmet Nazif Zorlu 1945-ci ildə Türkiyədə anadan olub. O, Asiyanın ən nəhəng biznesmenlərindən biri hesab edilir. Hal-hazırda o, ailəsi ilə birlikdə İstanbulda yerləşən malikənəsində yaşayır.

Ahmet Nazif Zorlu Türkiyədə yataq dəsti istehsal edən nəhəng «Morphed» şirkətinin və holdinq şirkəti olan «Zorlu»nun sahibidir. «Zorlu» şirkətinə elektronika, energetika və maliyyə sahələri üzrə xidmət göstərən 65 firmalar daxildir.

Ahmet Nazifin sahib olduğu şirkətlərin siyahısına «Vestel» şirkətini də əlavə etmək olar. Bir zamanlar bu şirkət demək olar ki, müflisləşmişdi, lakin indi Avropa bazrının 26 faizini təşkil edir. Həmçinin cənab Zorluya Dubayda bir sıra əmlaklar, İstanbulda isə mötəbər torpaq sahələri məxsusdur. Hal-hazırda o, Türkiyədə elektrostansiya tikməyi planlaşdırır.

Nazif Zorlu

«Zorlu» şirkəti Zeki və Ahmet Zorlu qardaşları tərəfindən yaradılmışdır. Onlar Denizli şəhərində tekstil istehsalı ilə məşğul olan şəxsi müəssisə açırlar. Qısa bir zamandan sonra onların biznesi uğurla inkişaf edir və Trabzonda böyük mağazalar şəbəkəsinə çevrilir.

1970-ci ildə cənab Zorlu İstanbulda öz şəxsi biznesini təşkil edir. Hal-hazırda «Zorlu» şirkətində 30 mindən çox əməkdaş çalışır. Şirkətin tekstil sənayesi geniş çeşid məhsulları təqdim edir. Bura üst geyimlərdən tutmuş ev üçün olan tekstilə qədər çeşidlər aiddir.

1994-cü ildə Zorlu «Vestel» şirkətini alır. Şirkətin təmsilçilikləri dünyanın 110 ölkəsində fəaliyyət göstərirlər. Ahmet Zorlunun tətbiq etdiyi siyasət nəticəsində bu şirkət audio və videotexnikaların qabaqcıl istehsalçısına çevrilir. Hal-hazırda «Vestel» şirkəti yalnız televizorlar deyil, həmçinin soyuducular, paltar yuyan maşınlar, qaz sobaları, kondisionerlər və digər məişət texnikaları istehsal edir.

foto ahmet nazif zorlu

«Zorlu» şirkətinin Türkiyənin iqtisadiyyatına böyük qatqısı var. Bu şirkət minlərlə insanları işlə təmin edir və dövlət büdcəsinə böyük məbləğdə vergilər ödəyir.

Ahmet Nazif Zorlu idman ilə məşğul olmağı çox sevir. O, ölkənin yüksək liqasında oynayan «Vestel Manisaspor» komandasının sahibidir .

Hal-hazırda Ahmet Nazif Zorlu ən varlı asiyalılardan biridir. Onun sərvəti 2, 3 milyard dollarla qiymətləndirilir.

İqtisadi «Forbes» jurnalının tərtib etdiyi dünya milyarderləri reytinqdə cənab Zorlu 524-cü yeri tutur.

Son xəbərlər
Digər xəbərlər