7 C
Baku
Thursday, December 12, 2024

Türkiyənin ən məşhur iş adamlarından biri – Turqay Çiner

Təvəllüd: 1956

Vətəndaşlıq: Türkiyə

Məşhur türk sənayeçisi, uğurlu biznesmen, milyarder. Onun şəxsi sərvəti təxminən 1,1 milyard dollar təşkil edir və onun adı planetin ən nüfuzlu və varlı insanların siyahısına daxildir (məşhur iqtisadi Forbes jurnalının məlumatlarına əsasən). Hal- hazırda Turqay İstanbulda ailəsi ilə bir yerdə yaşayır.

Turqay Çiner Türkiyədə anadan olub. Milyarder İstanbul İqtisadi Akademiyada və Biznes Xidmətlərində (Istanbul Academy of Economics and Business Service) təhsil alıb. Təhsilini bitirəndən sonra elm və incəsənət sahəsində baklavr fəxri dərəcəsinə layiq görülmüşdü. 2007-ci ilə qədər milyarder Turqay Çiner Türkiyədə məşhur qəzet nəşri olan Sabaha başçılıq edirdi, həmçinin Türkiyənin digər KİV fəaliyyətində aktiv şəkildə iştirak edirdi. Lakin Sabah və digər olduqca qiymətli aktivlər müsadirə edilmişdilər. Milyarder üçün bu böyük itki idi, lakin bu onun sərvətinə bir o qədər də təsir etməmişdi.

Daha sonra Turqay Çiner digər sənaye şirkətlərində olduqca gəlirli və əhəmiyyətli hissələrini yeni nəşr şirkətlərini və televiziya müəssisələrini investisiya etmək üçün satmalı olur.

27559

Həmçinin Turqay Çinerə türk sənayesinin müxtəlif sahələrinə (elektroenergetika, mis, alüminium, kömür istehsalı və s.) aid bir çox müəssisə məxsusdur.

Yeri gəlmişkən, son zamanlarda sənayeçi Turqay Çiner regionun dağ sənayesini kökündən dəyişməyə cəhd göstərən inqilabçılardan biri hesab edilir. Bu məsələ ilə əlaqədar o, hətta nazir ilə diskussiyaya da girmişdi. Çiner Türkiyənin iqtisadiyyatında böyük dəyişiliklərin baş verəcəyini, əldə olunan xammalın miqdarının dəfələrlə artacağını və müəəsisələrdə çalışan işçilərin sayının altı mindən çox olacağını iddia edir.

Bunda savayı, milyarderə İstanbulun ətrafında yerləşən bir neçə böyük alma təsərrufatı da məxsusdur. Həmçinin türk milyarderi fəal xeyriyyəçilik işləri ilə də məşğuldur. Məsələn, o, Türkiyədə təhsil prosesslərinə böyük əhəmiyyət verir və buna görə mütəmadi olaraq müxtəlif təhsil müəssisələrinin tikilməsinə böyük məbləğlər yatırır.

Son xəbərlər
Digər xəbərlər