17 C
Baku
Monday, May 6, 2024

Türkiyənin günəş enerjisi gücü 2035-ci ilə qədər 8 dəfə artacaq

Türkiyənin ilkin enerji istehlakının 2035-ci ilə qədər 205,3 milyon ton neft ekvivalentinə çatacağı proqnozlaşdırılır.

Bu, Türkiyəninn Enerji və Təbii Sərvətlər Nazirliyinin hazırladığı Türkiyə Milli Enerji Planında əksini tapıb.

Sənədə əsasən, Türkiyənin ilkin enerji istehlakı 2020-ci illə müqayisədə 39,5 % və ya 58,1 milyon ton neft ekvivalenti artacaq.

Türkiyənin 2000-2020-ci illər ərzində illik 4,4 % artan elektrik enerjisi istehlakının 2035-ci ilə qədər hər il 3,5 % artaraq 510,5 teravat/saata çatacağı gözlənilir. Bu dövrdə elektrik enerjisinin son enerji istehlakında payı isə 21,8 %-dən 24,9 %-ə yüksələcək.

2020-ci ilin sonuna 95,9 gigavat olan quraşdırılmış elektrik enerjisi gücünün 2035-ci ildə 189,7 gigavata çatacağı və bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış enerji gücündə payının isə 52 %-dən 64,7 %-ə yüksələcəyi gözlənilir.

Türkiyədə 2035-ci ilə qədər 96,9 gigavatlıq yeni istehsal olunan elektrik enerjisi istifadəyə veriləcək ki, bunun da, 74,3 %-ni bərpa olunan enerji mənbələrinin payına düşəcək.

Hesabat dövründə bərpa olunan enerji mənbələri arasında ən böyük artım günəş enerjisinin payına düşəcəyi gözlənilir. Türkiyənin günəş enerjisinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,9 dəfə və ya 46,2 gigavat artaraq 52,9 gigavata yüksəldilməsi planlaşdırılır.

Bu dövrdə digər bərpa olunan enerji mənbələrindən külək elektrik enerjisinin quraşdırılmış gücünün 3,4 dəfə və ya 20,8 gigavat artırılaraq 29,6 gigavata, hidroelektrik enerjisinin quraşdırılmış gücünün isə 13,2 % və ya 4,1 gigavatt artırılaraq 35,1 gigavata çatacağı gözlənilir.

Ənənəvi enerji mənbələrinin istehsalında kömürdən istifadə etməklə elektrik enerjisinin quraşdırılmış gücü 19,7 % və ya 4 gigavat artaraq 24,3 gigavata, təbii qazdan istifadə etməklə – 38,1 % və ya 9,8 gigavat artaraq 35,5 gigavata, digər mənbələrin quraşdırılmış gücünün 50 % və ya 1,7 gigavat artaraq 5,1 gigavata yüksəldilməsi planlaşdırılır.

Bundan başqa, Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu Atom Elektrik Stansiyası”nda (NGS) ilk nüvə reaktorunun bu il istifadəyə verilməsi ilə nüvə enerjsinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,2 gigavata çatacağı gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər