6 C
Baku
Sunday, December 15, 2024

Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Erkan 2001-ci ildə Boğaziçi Universitetindəki ixtisas bölümünü birinciliklə bitirib, daha sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.

Prinstondan əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorantura oxuyub. Erkan 2 il davam edən və 12 kursdan ibarət olan doktorantura proqramını bir ildə başa vurub və Prinston Universitetinin 276 illik tarixində proqramı bir ildə bitirən ilk tələbə olub. O, həmçinin ABŞ-də “ən gənc maliyyə professoru” adını qazanıb. Prinston Universiteti daha sonra doktorantura dərəcəsi üçün tələb olunan minimum təhsil müddətini bir ilə dəyişib. Daha sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitirib.

Prinstonda təhsilini başa vurduqdan sonra aldığı təkliflə 2005-ci ildə “Goldman Sachs”da karyerasına başlayıb. O burada 9 ilə yaxın işləyib və Maliyyə İnstitutları Qrupunun Analitika və Strategiyalar Departamentinin rəhbəri vəzifəsində çalışıb. O, 2014-cü ildə “First Republic Bank”da baş investisiya direktoru vəzifəsində işə başlayıb. Erkan 2019-cu ildə idarə heyətinin sədri vəzifəsində Avqust-de Uayldı əvəzləyib. ABŞ-dəki ipoteka böhranından sonra Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) 2009-cu ildə “First Republic Bank”ın maliyyə nəzarətinə müdaxilə edib. Cari ilin mayın 1-də isə “First Republic Bank” FDIC tərəfindən nəzarətə alınıb və ilin üçüncü böyük iflası zamanı “JPMorgan”a satılıb. Erkanın bankdakı karyerası uğurlu qiymətləndirilib və onun bankın vəsaitlərinin 10 dəfəyə qədər artmasında rolu olub.

Erkan həmçinin iki il ABŞ-də yerləşən zərgərlik şirkəti “Tiffany & Co.”nun idarə heyətinin üzvü vəzifəsində çalışıb. O, Mərkəzi Bankdakı təyinata qədər qlobal maliyyə konsaltinq şirkəti “Marsh McLennan”ın idarə heyətinin üzvü olub. Qaye Erkan həm də Dünya qəzetinin iqtisadiyyat sahəsində köşə yazarıdır. Onun indiyədək daimi yaşadığı yer ABŞ-nin Nyu-York şəhəri olub. Evlidir, bir oğlu var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər