12 C
Baku
Wednesday, December 11, 2024

Türkiyənin “Siper” hava hücumundan müdafiə sistemi sınaqdan uğurla çıxıb

Türkiyənin “Siper” uzaqmənzilli hava hücumundan müdafiə raketi uğurla sınaqdan keçirilib və 100 km-dən çox məsafədə hədəfi vurub.

Bu barədə “Yeni Şafak” Türkiyə Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sınaqların türk xalqına “Yeni il hədiyyəsi” olduğunu və ölkənin 2023-cü ildə “Türkiyə müdafiə sənayesi dövrünə” qədəm qoyduğuna işarə olduğunu bildirib.

“Siper” layihəsinə Türkiyənin böyük müdafiə şirkətləri “Aselsan” və “Roketsan”, həmçinin Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurası (TUBİTAK) rəhbərlik edir.

Türkiyə Rusiyanın S-400-ləri ilə rəqabət aparacağı gözlənilən “Siper”dən başqa “Korkut”, “Sunqur” və “Hisar” hava hücumundan müdafiə sistemlərini də hazırlayıb.

Son xəbərlər
Digər xəbərlər