6 C
Baku
Sunday, December 15, 2024

Türkmənistan Azərbaycana taxta məmulatlarının ixracını artırmaq niyyətindədir

Türkmənistan Azərbaycana taxta məmulatlarının (DSP) ixrac həcmini artırmaq niyyətindədir.”APA-Economics” “Business Turkmenistan” portalına istinadən xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkmənistan müəssisəsinə 2 mln. ABŞ dollar dəyərində vəsait ayırmağa qərar qəbul edib. Bununla bağlı layihənin xülasəsi (PSD) AYİB-ın saytında yerləşdirilib. Məlumatda bildirilir ki, ayrılan vəsait müasir avadanlıqların alınmasına sərf olunacaq. Bu, müəssisəyə istehsal gücünü artırmağa, eləcə də istehsal olunan məhsulların siyahısını şaxələndirməyə imkan verəcək. Layihənin xülasəsində qeyd olunur ki, Türkmənistan istehsalçısına maliyyə yardımı göstərilməsi şirkətə qonşu dövlətlərə – Tacikistan, Azərbaycan, Özbəkistana ixrac tədarükünün həcmini artırmağa imkan verəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər