-3 C
Baku
Sunday, December 15, 2024

Türkmənistan Transxəzər qaz kəmərinin tikintisini gündəmdən çıxarmayıb

Qazın Şərqi Avropaya nəqlinə imkan verə biləcək Transxəzər qaz kəmərinin tikintisi layihəsi Türkmənistanın gündəmində qalır.

Bunu Abu-Dabidə keçirilən ADIPEC neft-qaz konfransında çıxışı zamanı baş nazirin müavini Şahım Abdrahmanov deyib.

“Transxəzər layihəsi bu günə gündəmdən çıxarılmayıb. Bu layihə Azərbaycan, Gürcüstandan keçərək daha sonra Şərqi Avropa ölkələrinə gedir”, – Şahım Abdrahmanov qeyd edib.

O qeyd edib ki, bu gün Avropaya qaz nəqli məsələsi Türkmənistan üçün ən aktual məsələlərdən biridir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər