17 C
Baku
Saturday, May 18, 2024

TÜRKPA komissiyası yeni qanun layihəsi qəbul edib

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının Bakıda keçirilən iclasında yeni qanun layihəsi qəbul olunub.

İclasın gündəliyinə “Sosial sahibkarlığın inkişafı haqqında” model qanun layihəsi qəbulu daxil edilib.

Qanun layihəsi haqqında komissiyanın üzvü, Qazaxıstan Parlamenti Məclisinin üzvü Ləzzət Ramazanova məlumat verib.

Onun sözlərinə görə, bu qanun təşkilata üzv olan ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcək.

Müzakirələrdən sonra qanun layihəsinin TÜRKPA-nın plenar iclasına təqdim edilməsi qərara alınıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər