6 C
Baku
Saturday, December 14, 2024

Twitter koronavirus vaksinləri haqqında yalan paylaşımları silməyə başlayacaq

Twitter sosial şəbəkəsi bildirib ki, koronavirus vaksinləri haqqında səhih olmayan informasiyalar barədə paylaşımları silməyə başlayacaq.

Bu barədə CNBC telekanalı məlumat yayıb.

Twitter hələlik şirkətin virusun və onun yayılması haqqında yalan hesab etdiyi məlumatları, effektiv müdafiə tədbirləri, rəsmi məhdudlaşdırıcı tədbirlər, sağlamlıq üçün risklər hesab etdiyi paylaşımları silir.

Sosial şəbəkədə qeyd ediblər ki, növbəti həftədən vaksinlərin “əhali üzərində qəsdən edilmiş ziyan və ya nəzarət üçün” istifadə edildiyi barədə paylaşımlar da silinəcək. Bundan başqa, twitterdə peyvəndlənmənin mənfi nəticələri haqqında yanlış və geniş şəkildə təkzib edilmiş açıqlamalar, COVID-19-un mövcud olmaması, qeyri-ciddi olması, bu səbəbdən peyvənd edilməyin lazımsızlığı barədə paylaşımlar da silinəcək.

Növbəti ilin əvvəlində “əsassız şayiələr, mübahisəli iddialar”, “natamam və kontekstdən kənar peyvənd məlumatları”nı təbliğ edən hesabatların işarələnməsi də planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər