27 C
Baku
Saturday, April 27, 2024

“Twitter” “Meta”nı məhkəmə ilə hədələyib

“Twitter” “Meta”nı məhkəmə ilə hədələyib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Şirkət “Threads” sosial şəbəkəsinin yaradıcılarını “Twitter”in “kommersiya sirri və digər əqli mülkiyyətdən sistemli, bilərəkdən və qeyri-qanuni istifadə etməkdə” ittiham edib.

Məktubda iddia olunur ki, “Meta” sosial şəbəkənin kommersiya sirlərinə çıxışı olan işçilərini qanunsuz cəlb edib və onlara “Twitter”in “klonunu” yaratmaq və ya heç olmasa belə bir tətbiqin işlənib hazırlanmasını sürətləndirmək tapşırığı verib.

“Twitter”in sahibi İlon Mask “Threads”in işə salınmasına hələ münasibət bildirməyib. Məlumata görə, “Threads”də bir dənə də keçmiş “Twitter” əməkdaşı yoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər