2 C
Baku
Saturday, December 14, 2024

“Twitter” ödənişli tvitləri işə salıb

“Twitter” istifadəçilər üçün kontentdən pul qazanma funksiyasını işə salıb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.  Ödənişli tvitlər xəbər lentində xüsusi işarə ilə vurğulanacaqlar.

Sosial şəbəkə ödənişli kontent yaratmaq istəyən müəlliflər üçün kriteriyalar müəyyən edib: ən azı 500 izləyiciyə malik olmaq və son 30 gündə ən azı 25 tvit yazmaq. Monetizasiyaya çıxışı olan müəlliflərin əsas menyuda müvafiq bölməsi olacaq.

Müəllif bütün dövr üçün 50 000 dollar qazanana qədər “Twitter” ödənişlərdən 3% komissiya tutacaq. İlon Mask əlavə edib ki, iPhone-da abunəni aktivləşdirmək üçün bir neçə gün gözləmək lazım olacaq, çünki yeni funksiyaya keçid “Apple” tərəfindən təsdiqlənməlidir.

Son xəbərlər
Digər xəbərlər