15 C
Baku
Friday, April 26, 2024

“Twitter” xüsusi kriptokomanda yaradır

“Twitter” rəqəmsal aktivlərin və mərkəzləşdirilməmiş tətbiqlərin qəbulunu dəstəkləməyə davam etmək üçün xüsusi kriptokomanda yaradır.

Banker.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, ona Tess Rinirson rəhbərlik edəcək. Mütəxəssis bununla bağlı öz bloqunda yazır:

“Birincisi, yaradıcıların virtual malları və valyutaları idarə etməyi, mərkəzləşdirilməmiş tətbiqlərdən istifadə etməklə artan marağı necə dəstəkləyə biləcəyimizi araşdıracağıq. İrəliyə baxaraq, kriptoicmalarından gələn ideyaların identiklik, mülkiyyət və digər sərhədləri aşmağa necə kömək edəcəyini öyrənəcəyik”.

O, həmçinin qrupun “mərkəzləşdirilməmiş sosial medianın gələcəyini formalaşdırmağa kömək etmək” üçün çalışacağını söyləyib.

Hazırda “Twitter” istifadəçilərə üçüncü tərəf ödəniş kanalları vasitəsilə bitkoin göndərmək və qəbul etmək imkanını verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər