12 C
Baku
Thursday, March 28, 2024

“Twitter”in Avropa, Yaxın Şərq və Afrika regionunda reklam gəlirləri 15 faiz azalıb

Eyniadlı sosial şəbəkənin sahibi olan “Twitter” kompaniyasının EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika ölkələri) reklam gəlirləri ötən illə müqayisədə 15 faiz azalıb.

EMEA regionunda “Twitter” platformasına reklam sifarişlərində 49 faizlik azalma qeydə alınıb. Analitiklərinin hesablamalarına əsasən, kompaniya Avropa, Yaxın Şərq və Afrika ölkələrində reklamdan 15.7 milyon dollar itirə bilər.

Noyabrın əvvəlində marketinq məlumatlarını təhlil edən “The Washington Post” qəzeti “Twitter” sosial şəbəkəsi ilə əməkdaşlıq edən 100 ən böyük şirkətin reklamçılarının üçdə birinin platformada reklamı dayandırdığını yazıb. Nəşrin məlumatına görə, sahibkar İlon Mask tərəfindən satın alınan “Twitter” hələ də reklamdan xeyli dərəcədə asılıdır. Ötən il kompaniyanın 5 milyard dollarlıq gəlirinin təxminən 90 faizi reklamın payına düşüb, qalan hissəsi isə lisenziya və digər xidmətlər vasitəsilə əldə olunub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər