16 C
Baku
Tuesday, April 30, 2024

“Twitter”in işində nasazlıq yaranıb

Bir sıra ölkələrdə “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Dowdetector” xidməti məlumat yayıb.

Ən çox şikayətlər Polşa, Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya və Fransadandır. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti nasazlıqdan şikayətlənir.

Mikrobloqların xidmətində uğursuzluqlar həmçinin Avstriya, Belçika, Niderland və İsveçdə də qeydə alınıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər