Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın “AvtoVAZ” şirkətinin Azərbaycana ixrac etdiyi “Lada” avtomobillərinin sayı 63% azalıb.
“Kommersant” qəzetinə istinadən məlumata görə, bu ilin 9 ayı ərzində “Lada” avtomobilləri əsasən Qazaxıstan, Almaniya, Belarus, Macarıstan və Ukraynaya ixrac edilib.
Belə ki, 9 ay ərzində ötən ilin analoji dövrü ilə müqayisədə “AvtoVAZ” Qazaxıstana avtomobil ixracını 10%, Ukraynaya 49% azaldıb. Belarusa ixrac isə bu dövr ərzində 43% artaraq 2300 ədədə çatıb. Avropa ölkələrinə isə ixrac 31% artaraq 5004 ədəd artıb.
Bu ilin sentyabr-sentyabr ayları ərzində “AvtoVAZ” şirkətinin ixrac gəlirləri 7,3 mlrd. rubl təşkil edib.