“Uber” Azərbaycan üçün ayrıca tətbiq buraxdı

  •  
  •  
  •  
  •  

Azərbaycanda yeni “Uber Azerbaijan” tətbiqi buraxılıb.

Banker.az bildirir ki, bu barədə dünyanın ən böyük onlayn taksi sifarişi xidməti olan “Uber” şirkətindən daxil olan press-relizdə bildirilir. Qeyd olunur ki, tətbiq istifadəçilərin istəyi və bazarın xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.

“Misal üçün, zəif internet olanda daha tez işləyir və marşrutda əlavə dayanacaqları göstərməyə imkan verir. Tətbiq artıq “iPhone” və “Android” platformaları üçün istifadəyə verilib. Yeni istifadəçilər fevralın 25-dən 30 faiz endirim əldə edəcəklər”, – şirkətin açıqlamasında deyilir.


  •  
  •  
  •  
  •