13 C
Baku
Friday, March 29, 2024

Uber öz sürüclərinə 45 milyon dollar təzminat ödəyəcək

Banker.az saytı xəbər verir ki, Uber Technologies Inc. şirkəti bildirir ki, maliyyə hesabatlarında yol verilən səhv nəticəsində Nyu-Yorkdakı sürücülərinə lazımi məbləği ödəməyib. Şirkətin 1 sürücüyə verəcəyi təzminat həcmi orta hədlə 900 dollar təşkil edəcək ki, bu da son nəticədə şirkətə onlarla milyon dollara başa gələcək.

Nyu-York şəhərində Uber sürücülərinin sayının 50 minə çatdığını nəzərə alaraq, təzminat həcmi ümumilikdə 45 milyon dollar təşkil edə bilər. Məsələ ondadır ki, Uber şirkəti son 2,5 il ərzində özünün Nyu-Yorkda olan sürücülərindən həddindən artıq çox komissiya haqqı alıb.

Daha əvvəl isə ABŞ rəhbərliyi Uber şirkətini sürücünün işə qəbul edilərkən potensial gəlirinin artırılmasında, həmçinin gələcək sürücülərin avtomobil alışı və yaxud icarəsi zamanı xərclərin azaldılmasında ittiham etmişdi.

Son xəbərlər
Digər xəbərlər