12 C
Baku
Friday, March 29, 2024

“Uber” robot-kuryer istehsalı şirkətini işə salacaq

“Postmates X” – “Uber”in 2020-ci ildə 2.65 milyard dollara aldığı “Postmates” şirkətinin bir bölümüdür.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Yanvar ayında “TechCrunch” nəşriyyatı “Postmates X” şirkətinin müstəqil olmaq istədiyini yazmışdır. Verilən məlumata görə, yeni şirkət “Serve Robotics” adını alacaq.

Qərargahı San-Fransisko, Los-Anceles və Vankuver şəhərlərində olan bu şirkətdə təxminən 60 işçi çalışır. “Postmates” ilk avtomobil çatdırılma robotunu 2018-ci ilin dekabr ayında təqdim etmişdir. Startap istehsalını onlarla robota qədər genişləndirməyi planlaşdırır.

Xatırladaq ki, “Uber” pandemiya fonunda bir neçə layihələrindən imtina etməli olub. Onlardan biri pilotsuz avtomobil və aerotaksi bölmələridir.

Son xəbərlər
Digər xəbərlər