Dünyanın və ABŞ-ın ən böyük onlayn taksi şifarişi xidməti – “Uber” və Cənubi Koreyanın məşhur avtomobil istehsalçısı “Hyundai” uçan taksi proqramını birlikdə inkişaf etdirəcək.
Bu barədə “Financial Times”a istinadən xəbər verilir.
Məlumata görə, 4 nəfərlik prototipin bu il sınaq uçuşlarına başlanılması, 3 il ərzində isə istifadəyə verilməsi planlaşdırılır. Dünyanın 5-ci ən böyük avtomobil istehsalçısı olan “Hyundai” 2025-ci ilə qədər ucan taksi proqramına 1,5 milyard ABŞ dolları investisiya qoymaq istəyir.
Prototipi təqdim olunan uçan taksinin bir dəfəyə 96 km məsafə qət edəcəyi, 286 km/saat sürətə sahib olacağı bildirilir.
©Report