Üç dövlət idarəsi birləşdirildi, yeni rəis təyin olundu

Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.

Bu barədə Banker.az-a icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, onların bazasında Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb.

Belə ki, icra başçısı Sevindik Hətəmovun 1 iyul 2026-cı il tarixli 114 nömrəli sərəncamına əsasən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib, onların bazasında Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb və müəssisənin Nizamnaməsi təsdiq olunub.

Daha sonra S.Hətəmov yeni yaradılmış Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC-nin rəisi vəzifəsinə təyin olunmuş Aqil Aslanovu kollektivə təqdim edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər