10 C
Baku
Thursday, December 12, 2024

Üç investor ipoteka istiqrazı üçün sifariş verib

14 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin (AZ2055008687 ISIN-li), 40 mln manat həcmində, 9 720 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 95 mln. manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 mln. manat təşkil etmişdir.

Bu istiqrazların nominal qiyməti 1 000 manat, illik ödəniş faizi 3% və 27 il tədavül müddəti var idi.

İstiqrazların ödəmə tarixi 25 iyul 2048-ci ildir.

 

Son xəbərlər
Digər xəbərlər