9 C
Baku
Friday, December 13, 2024

Üçüncü ölkə vətəndaşları Avropa Birliyində COVID-19 sertifikatı ala biləcəklər

Koronavirusa qarşı peyvənd olunan üçüncü ölkə vətəndaşları gələcəkdə Avropa Birliyində COVID-19 sertifikatı ala biləcəklər. Banker.az “Radiosputnik”ə istinadən xəbər verir ki, bu barədə hüquqi məsələlər üzrə komissar Didye Reynders məlumat verib.

“Üçüncü ölkələrdən olan immiqrantlara gəldikdə, peyvənd təsdiqini alan şəxslər Avropa Birliyinin COVID-19 sertifikatını ala biləcəklər”, – deyə mütəxəssis qeyd edib.

O, bu mexanizmin artıq hazırlandığını, lakin yalnız sərhədlər açılandan sonra tətbiq ediləcəyini əlavə edib. Eyni zamanda Avropa Birliyi digər dövlətlərlə sertifikatların təsdiq edilməsi üzərində çalışır.

Xatırladaq ki, mart ayının ortalarında Avropa Komissiyası COVID-19 pasportu layihəsini təqdim edib. Pasport həm çap, həm də elektron formatda verilir. Sənəddə əks edilən məlumatlar iki dildə – milli və ingilis dilində yazılır.

Bu pasport peyvənd olunmuş və ya yoluxub sağalmış şəxslərə Avropa Birliyi ölkələrinə səyahət etmək hüququnu verir.

Son xəbərlər
Digər xəbərlər