3 C
Baku
Saturday, February 24, 2024

Ucuz avtomobillər satışa çıxarılır – Qiymətlər (Siyahı)

Banker.az xəbər verir ki, hərraca 5 nəqliyyat vasitəsi çıxarılır.

Nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emlak.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
1 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qarayev Azər        0705922571 FORD TRANSIT xüsusi məhkum daşıyan 10AO363i/o 2009 14000 1400
2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məmmədov Ramin                        0777228222 Toxum səpən 1992 1000 100
3 “AZƏRBAYCAN” qəzeti redaksiyası Babayev İlham                  0516366565 HYUNDAI SONATA minik 90AL369 2003 3500 350
4 Azərbaycan Respublikasının Hesablama Palatası Ağayev Namiq   0502220209 HYUNDAI ELANTRA minik 90AU188 2009 9000 900
5 Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi  “ABİTURİYENT” jurnalı redaksiyası Vəliyev Ümman                    0557456090 FORD TRANSIT yük 90JL494 2005 13000 1300
Son xəbərlər
Digər xəbərlər