19 C
Baku
Thursday, April 25, 2024

Ucuz “Honor Tab X7” planşeti təqdim edilib

Çinin “Honor” şirkəti ucuz “Honor Tab X7” planşet kompüterini təqdim edib. Yeni qurğu ön panelin 80 faizini əhatə edən 1280 х 800 pikselli 8 düymlük “IPS” ekranla təchiz edilib.

Aparat platformasının əsasını “MediaTek MT8768T” birkristallı sistemi təşkil edir. Operativ və quraşdırılmış yaddaş tutumu müvafiq olaraq 3 və 32 giqabayta bərabərdir. Qurğunun “Wi-Fi” versiyası 140 dollar dəyərində qiymətləndirilib. “LTE” modemi ilə təchiz edilən variantın qiyməti 185 dollardır. Lakin yaddaş tutumuna görə onlar fərqlənmir.

“Honor Tab X7” planşeti “Magic UI 4.0” interfeysi, 2 meqapikselli ön və 5 meqapikselli əsas kamera, eləcə də videoya baxılma zamanı 10 saatlıq avtonomluğa malik 5100 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

Mənbəİctnews
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər