15 C
Baku
Friday, April 26, 2024

Uğurlu biznes hekayələri

Gözlənilməz sonluqları olan müdrik misallar və hekayələr insanlara daha dərin təsir edirlər, nəinki sadəcə ağıllı fikirlər və sitatlar.

Buna görə sizə bu məqalədə biznes hekayələrindən üçünü təqdim edirik.

Bu hekayənin amansız süjeti və ondan alacağınız dərs sizə biznes həyatınızda, iş problemlərinizin həllində, çətinlikləri dəff etməkdə kömək olacaq.

1.Mühasib, katibə, menecer və Cin

Mühasib, katibə və menecer nahar etməyə gedirlər və qədim lampa tapırlar.

Onlar lampanı sürtürlər və onun içində bir cin çıxır.

Cin onlara belə deyir:

– Mən sizin hər birinizin bir arzusunu yerinə yetirəcəyəm.

– Birinci mən, birinci mən!- deyə katibə qışqırır- Mən indi Bahama adalarında qayıqda olmaq və heç nə haqqda düşünmək istəmirəm.

Katibə bunu deyir və itir.

– İndi isə mən!- deyə mühasib bildirir- Mən Havay adalarında olmaq və bütün həyatımın sevgisi ilə qumun üzərində istirahət etmək istəyirəm.

Mühasib bunu deyir və itir.

– İndi isə mənim növbəmdir,- deyə menecer Cinə müraciət edir.

– Nahardan sonra mən hər iki işçimin ofisə qayıtmağını istəyirəm.

Bu  hadisədən belə bir dərs ala bilərik: hər zaman imkan verin ki, ilkin olaraq sizin müdriniz öz fikrini desin.

 2.Qartal və dovşan

Günlərin bir günü qartal ağacda oturmuşdu, istirahət edir  və heçnə etmirdi. Balaca dovşan qartalı görür və soruşur:

– Mən də sənin kimi oturub, heçnə etməyə bilərəm?

-Əlbətdə, niyə də yox, – deyə qartal cavab verir.

Dovşan ağacın altında oturur və istirahət etməyə başlayır. Qəfildən tülkü gəlir, dovşanı tutur və onu yeyir.

Bu hadisədən belə bir dərs ala bilərik: boş- boşuna oturub heç nə etməmək üçün siz çox, çox, çox yuxarıda oturmalısınız.

3.Meşəbəylərin yarışması

 Kanadadan və Norveçdən olan iki meşəbəyin belə bir öhdəlikləri var idi: öz meşə sahələrində bacardıqları qədər çox ağac kəsmək. Onlara səhər 8-dən günorta saat 4-ə qədər vaxt verilmişdi.

Səhər saat 8-də yarışma başlayır və meşəbəylər öz mövqeyilərini tuturlar. Onlar bir -birinin ardıyca ağacları kəsirlər. Birdən kanadalı norveç meşəbəyinin dayandığını eşidir. Kanadalı meşəbəy bunu bir şans kimi qiymətləndirir və var gücü ilə iki dəfə çox ağac kəsməyə başlayır. Saat 9-da kanadalı eşidir ki, norveç meşəbəyi yenidən öz fəaliyyətinə başlayır.

Saat 10-a 10 dəqiqə qalmış norveç meşəbəyi yenə dayanır. Yenə də kanadalı meşəbəyi rəqibinin zəifliyindən istifadə edərək sürətli çalışmağa başlayır. Bütün gün bu belə davam edir. Hər saat norveç meşəbəyi 10 dəqiqəliyinə dayanırdı, kanadalı isə fasiləsiz çalışmağa davam edirdi.

Yarışmanın bitdiyi haqqında siqnal səsləndikdə kanadalı meşəbəyi qalib çıxacağına əmin idi.

Lakin o, uduzduğunu öyrənəndə onun təəcübünü özünüz də təsəvvür edə bilərsiniz.

– Bəs bu necə baş verdi? – deyə kanadalı meşəbəyi soruşur. – Sən hər saat 10 dəqiqəliyinə dayanırdın. Necə olur ki, sən məndən çox ağac kəsmisən? Bu mümkün deyil.

-Əslində hər şey çox sadədir, – deyə norveç meşəbəyi cavab verir. – Hər saat mən baltamı itiləmək üçün dayanırdım.

Bu hadisədən ala biləcəyimiz dərs: Hər dəfə siz dayananda, ətraflı suallar haqqında düşünəndə, siz də  öz “baltanızı” itiləyin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.