19 C
Baku
Thursday, May 2, 2024

Uin Rokfellerin bioqrafiyası

Uintrop Pol Rokfeller (Winthrop Paul Rockefeller) məşhur siyasətçi – respublikaçı, milyarder, Arkanzasın (ABŞ) keçmiş vitse-qubernatorudur. 

Uin 1948-ci ildə anadan olub. O, Arkanzas ştatının keçmiş qubernatoru Uintrop Rokfellerin yeganə övladı olub. Onun anası, keçmiş aktrisa və model, həyat yoldaşından 1950-ci ildə ayrılıb. Lakin rəsmi olaraq onlar dörd ildən sonra boşanırlar.
Uşaqlıqda onu Uinni və Uin adlandırırdılar. Uin İngiltərənin və İsveçrənin pansiyonlarında təhsil alıb. O, Oksford universitetində mühazirələr dinləyirdi və Texas universitetini bitirib.

1981-ci ildən 1995-ci ilə qədər Arkanzas ştatının polis Komitəsində çalışıb. 1991-ci ildə ABŞ-ın prezidenti ata Corc Buş Uini Amerikada kənd təsərrüfatının inkişafı üzrə Prezident Şurasının üzvü təyin edir. Həmçinin Uini bu şuranın idarə heyətinin sədri seçilir.

1996-cı ildə Uini Arkanzas ştatının qubernatoru seçilir. Uinin atası Uintrop Rokfeller 4 il Arkanzas ştatının qubernatoru olmuşdu. O, atasının yolunu davam etdirirdi. Siyasi xidmətlərinin sayəsində Uinini iki dəfə vitse-qubernator vəzifəsinə seçiblər.

Uini odlu silahların təhlükəsizliyi təşviqatı üzrə milli kampaniyaya sponsorluq etmişdi. Bu onun ən böyük siyasi nailiyyətlərindən biri hesab edilir. Bu kampaniyanın gedişatında Arkanzasda yüz minlərlə tətikçi mexanizmlərin blokatorları paylanılmışdı. Uin Rokfeller Arkanzasın Ədəbiyyat festivalının fəxri sədri olub.

1997-ci ildə Rokfeller uşaqların kitab oxumaları üçün təbliğat proqramı keçirdir.

Bundan savayı Uin marlin növünə mənsub balıqlarının qorunması fondunun təsisçisi olub.

2004-cü ildə Uin Arkanzasın respublika partiyasının sədri seçilir. O, ştatın qubernator vəzifəsinin seçkilərində iştirak etmək istəyirdi. Lakin ağır xəstəliyə tutulduğu üçün seçkilərdə iştirak edə bilmir. 2006-cı ilin 16 iyulunda Uin Rokfeller vəfat edir. Ölümündən sonra Arkanzas ştatında onun şərəfinə “İlin gənc respublikaçısı” mükafatı adlandırılmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər